Xəbər lenti

Ölkə 18:26 24.07.2022

"Buta Airways"in təyyarəsi Həştərxandan Bakıya qayıtdı (SƏBƏB)

"Buta Airways” aviaşirkətinin J2-9235 nömrəli Bakı-Həştərxan reysini yerinə yetirən hava gəmisinin kapitanı Həştərxan hava limanı ətrafında hava şəraitinin kəskin pisləşməsi (zəif görünmə) ilə əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

Bu barədə Qaynarinfo-ya aviaşirkətin Mətbuat xidmətindən bildirilib.

Təyyarə saat 17:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Qeyd edilir ki, reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Həştərxana yola düşəcəklər.



Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->