Xəbər lenti

Bütün rəqibləri üstələyirlər: 8 ən yaxşı ucuz avtomobil (SİYAHI)
Dünya 18:53 17.01.2026

Bütün rəqibləri üstələyirlər: 8 ən yaxşı ucuz avtomobil (SİYAHI)

Bəzi sürücülər hesab edirlər ki, ucuz avtomobillər premium modellərə nisbətən etibarlılıqda geri qalır və kompromislərlə doludur. Lakin bazarda çox sayda yüksək keyfiyyətli büdcə avtomobilləri tapmaq mümkündür.

Qaynarinfo xəbər verir ki, "GoBankingRates" portalı 2026-cı ildə almağı tövsiyə etdiyi 8 ucuz avtomobili açıqlayıb. Reytinq "Consumer Reports" araşdırmasına əsaslanır.

2026-cı ildə hansı avtomobillər alınmalıdır?

1. Subaru Impreza

Ekspertlər qeyd ediblər ki, "Subaru Impreza" yüksək təhlükəsizlik və uzunömürlülük təklif edir. Hətta əsas versiyada belə tam ötürücülü sistem mövcuddur ki, bu, bir çox rəqibdə yoxdur.

Nəşr hesab edir ki, "Subaru Impreza" qışda tez-tez sürən sürücülər üçün ideal seçimdir. Həmçinin, bu model tam ötürücü istəyən, lakin krossover almaq istəməyən sürücülərə uyğundur.

2. Subaru Crosstrek

"Subaru Crosstrek" bir çox cəhətdən Impreza ilə oxşardır, lakin yol keçidliliyi daha yüksəkdir. Buna baxmayaraq, krossover ucuz qiymətini qoruyur.

Nəşr vurğulayır ki, "Subaru Crosstrek" rahat sükan və aşağı yanacaq sərfi təklif edir. Ekspertlər bildirirlər ki, bu model qış şəraitinə uyğun, ucuz və kompakt krossover axtaran sürücülər üçün uyğundur.

3. Toyota Corolla

"Toyota Corolla" uzun müddətdir çox etibarlı avtomobil kimi tanınır və xidmət xərcləri aşağıdır. Nəşr qeyd edir ki, bu iqtisadi model praktik interyer və yüksək təhlükəsizlik səviyyəsi təqdim edir.

Ekspertlər bildirirlər ki, "Toyota Corolla" şəhər sürüşləri üçün əla seçimdir və rəqiblərdən daha etibarlıdır.

4. Toyota Corolla Hybrid

Hibrid model standart versiyaya nisbətən daha az yanacaq sərfi təklif edir. Həmçinin, hibrid modifikasiya yalnız azca bahadır.

5. Honda Civic

Ekspertlər qeyd edirlər ki, «Honda Civic" praktikliyi və sürüş zövqünü birləşdirir. Nəşr vurğulayır ki, model həssas idarəetmə, aşağı yanacaq sərfi, yaxşı səs izolyasiyası və geniş interyerə malikdir.

6. Hyundai Elantra

"Hyundai Elantra" müasir dizayn və zəngin təchizat təklif edir. Həmçinin, model aşağı yanacaq sərfi və praktik interyer təqdim edir.

7. Kia K4

Yeni "Kia K4" "Forte" modelinin davamçısıdır və cəsarətli dizayn, müasir texnologiyalarla fərqlənir. Nəşr bildirir ki, model geniş salon və yüksək sürüş rahatlığı təqdim edir.

Honda HR-V

Kompakt krossover "Honda HR-V" çox yönlülük və yüksək etibarlılıq səviyyəsi təqdim edir. Həmçinin, avtomobil rahat oturacaqlar və geniş baqaj sahəsinə malikdir.

Aydın

--> -->