Xəbər lenti

Ölkə 10:28 01.11.2023

Daha bir hakim təqaüdə göndərildi

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. 

Qaynarinfo xəbər verir ki, Şuranın sədri İnam Kərimov çıxışında ədalət mühakiməsi və məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə qarşıda duran vəzifələri diqqətə çatdırıb, bu istiqamətdə görülmüş işlər barədə məlumat verib.

İclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı məruzələr dinlənilib, bir sıra hüquqi akt layihələrinə dair fikir mübadiləsi aparılıb, habelə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə baxılıb. 

İclasda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin yaş həddi ilə bağlı təqaüdə göndərildiyi bildirilib. 

Hakim uzun illər məhkəmə sistemində öz fəaliyyətləri ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdiyinə görə Fəxri Fərmanla təltif edilib.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->