Futbol üzrə dünya çempionatı davam edir. Ötən gecə İsveçrə Qətərlə qarşılaşıb.
Qaynarinfo xəbər verir ki, "San Francisco Bay Area" stadionunda keçirilən B qrupunun matçında 1:1 hesablı heç-heçə qeydə alınıb.
Hesabı 17-ci dəqiqədə avropalılar açıblar. Brel Embolo penalti zərbəsini dəqiq yerinə yetirib. Qətər yalnız 90+4-cü dəqiqədə Bualem Kuxinin qolu ilə məğlubiyyətdən xilas olub.
Turnirin favoritlərindən olan Braziliya Mərakeşlə üz-üzə gəlib. Nyu-York/Nyu-Cersi stadionunda keçirilən C qrupunun matçında qalib müəyyənləşməyib - 1:1.
Afrikalıların heyətində 21-ci dəqiqədə İsmael Saibari fərqlənib. "Sambaçılar"ın bərabərlik qolunu isə 32-ci dəqiqədə Vinisius vurub.
Gecənin digər oyununda Şotlandiya Haiti millisinə qalib gəlib.
Boston stadionunda keçirilən C qrupunun matçında avropalılar 1:0 hesablı qələbə qazanıblar. 29-cu dəqiqədə Con Makqinn fərqlənib.
Şərhlər