Xəbər lenti

Azərbaycan millisi Rumıniyaya uduzdu
İdman 23:16 12.06.2026

Azərbaycan millisi Rumıniyaya uduzdu

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Avropa Liqasında növbəti oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Boris Qrebennikovun baş məşqçi olduğu kollektiv Rumıniya ilə qarşılaşıb.

Görüş rəqibin 3:0 (25:23, 25:12, 25:7) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu mərhələnin oyunları Rumıniyanın Mioveni şəhərində təşkil olunur. Azərbaycan millisi növbəti oyununu sabah İspaniya yığmasına qarşı keçirəcək.
--> -->