Sənət 09:20 30.03.2023

“Dərviş band” və Niyaməddin Musayev bir arada (VİDEO)

"Dərviş band” qrupu və Xalq artisti Niyaməddin Musayev son günlər böyük ajiotaja səbəb olmuş "Dünya sənin, dünya mənim, dünya heç kimin” mahnısını  İTV ekranından canlı yayımda duet şəklində təqdim ediblər.

Qaynarinfo xəbər verir ki, duet böyük maraqla qarşılanıb və tamaşaçılar tərəfindən bəyənilib. Sosial şəbəkələrdə bu duetlə bağlı xeyli paylaşım edilib.