Ekonomiks 10:36 10.03.2022

Dörd rayonunun qaz təchizatında fasilə yaranacaq

Azərbaycan Dövlət Net Şirkətinin (SOCAR) "Qaz İxrac” İdarəsinə məxsus "Astara-Qazıməmməd” magistral qaz kəmərində baş vermiş qaz sızmalarının aradan qaldırılması məqsədilə bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək qeyd olunan kəmərdə qaz təchizatı dayandırılacaq.

Bu barədə Ann.az-a "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Neftçala rayonunun bütün yaşayış məntəqələrinə, eləcə də Biləsuvar, Salyan və Cəlilabad rayonlarının bir hissəsinə "mavi yanacağ”ın verilməsində məhdudiyyət yaranacaq.

Qeyd edək ki, işlər başa çatdıqdan sonra təbii qaz təchizatı bərpa olunacaq.