Xəbər lenti

Dünyanın ən bahalı geyim markaları - Top 10
Ekonomiks 13:51 10.05.2022

Dünyanın ən bahalı geyim markaları - Top 10

İnsanlar hər zaman yaxşı geyinməyə çalışıb, brend geyimləri bəzən həyatlarının ən önəmli hissəsi hesab ediblər. 

Xüsusən imkanlı, zadəgan ailəsindən olan insanlar üçün geyim bir göstəriş, onun zənginliyinin simvolu olub. Məhz bu səbəbdən də xüsusi geyim brendləri yaradılıb. Hətta bəzi brendlərin məhsullarının qiyməti milyon dollarlarla ölçülüb

Qaynarinfo dünyada məşhur olan, insanların gözünü oxşayan, üstlərini bəzəyən geyim markalarının siyahısını təqdim edir.
 
"Louis Vuitton”

"Louis Vuitton” brendi dünyanın ən bahalı geyim markaları siyahısına başçılıq edir. Brendin ən kiçik bir məhsulunun qiyməti 580 dollara qədər ola bilər. Brendin yaradıcıları zaman-zaman heyrətamiz və maraqlı tendensiyalar ortaya çıxararaq, modanın nəbzini dəyişməyi bacarıb. Özlərinə isə hər zaman ən yaxşı keyfiyyətli məhsulu təqdim etməyi hədəf qoyublar. Onların istehsal etdiyi məhsullar yüksək keyfiyyətli olub. Xüsusilə əl çantaları, çox keyfiyyətli və orijinal materiallarla hazırlanır, tamamilə əl işi olur.

"Loius Vuitton” brendinin geyimdən tutmuş çantalara, yataq örtüklərinə və s. kimi müxtəlif məhsulları var. Onlar lüks malların birləşməsidir.
Şirkətin ümumi maliyyə dəyəri 310,78 milyard dollardır.

Şirkətin baş qərargahı Fransanın paytaxtı Parisdə yerləşir. Baş direktoru Maykl Burke, yaradıcı direktoru isə Nikolas Qeşquerdir.

 
 
"Dior”

"Dior” brendi yaradıldıqdan cəmi 3 il sonra satış rekordu ilə Fransanın ümumi ixrac gəlirinin 5%-ə qədərini təşkil edib. Brendin kiçik bir məhsulunun qiyməti 279 dollardır. "Dior” bir çox məşhurlar, kino ulduzları və digər nüfuzlu şəxslərlə işləməsi ilə tanınır. Əvvəlcə fəaliyyətə qadın geyimləri, xüsusən də gecə paltarları tikməklə başlasalar da, daha sonra müxtəlif məhsullar istehsal edib. Bu gün onların çoxşeidli məhsulları var. 

"Dior” hazırda geyim, əl çantaları, ayaqqabı, zərgərlik, günəş eynəyi, ətirlər, lüks mallar, kosmetika və dəri məhsullar istehsal edir. 

Qeyd edək ki, "Dior” təkcə geyim brendi deyil, həm də dünyanın brend kosmetika siyahısında da öz sözünü deyir. "Dior”un hazırda ümumi maliyyə dəyəri 68,75 milyard dollardır.

Şirkətin qərargahı Fransanın paytaxtı Parisdədir. Rəhbəri Bernard Arnault, baş direktoru Sidney Toledano, yaradıcı direktorları isə Dior Homme və Maria Qrasia Çiuridir.
 

"Hermes” 

"Hermes” markasının əsas məqsədi incəsənəti və mədəniyyəti yaşatmaqdır desək, yanılmarıq. Onlar bunu istehsal etdikləri məhsullarla da dəfələrlə sübut ediblər və bu müstəsna hal bizə bu markanı sevmək üçün səbəb yaradıb. Bu da davamlı olaraq brendin inkişafına şərait yaradır. Onlar unikallığı və dəbdəbəsinin yüksək keyfiyyəti ilə fərqlənir. "Hermes” dünyanın ən bahalı geyim markaları siyahısında 3-cüdür. Brenddən alacağımız ən ucuz məhsul isə bizə 51 dollara başa gələ bilər.

Brend keyfiyyətli dəbli geyimlər, aksesuar istehsalı və müxtəlif tək seriya məhsullar istehsal edir. Hazırda şirkətin sərvəti 16 milyard dollardır.
 
"Hermes”in də baş qərargahı Parisdə yerləşir. Baş direktoru Axel Dumas, yaradıcı direktoru isə Nadege Vanhee-Cybulskidir.
 

"Gucci” 

"Gucci” italyan geyim markasıdır. İllər keçdikcə çox çətin dövr yaşasa da, lakin yenidən diqqət mərkəzində olmağı bacarıb. Brendin indiki yaradıcı direktoru Alessandro Mişelin strategiyası sayəsində yenidən geri dönə bildiyi deyilir.

Bir neçə onilliklər ərzində mövcud olmasına baxmayaraq, "Gucci” brendi çətin vaxtlarında belə təslim olmayıb. Moda sənayesində yenidən aktual olmaq üçün mübarizə apararaq uğur qazanıblar. Ona görə də bu gün dünyanın ən bahalı 10 geyim markası siyahısındadır.

Onların məhdud dizayn məhsulları hazırlamaq üçün unikal texnikası var və bu, hər zaman müştəri seçimi üçün əla imkan yaradır. "Gucci” brendi Rihanna, Blak Liveli, Kaylı Cenner, Bred Pit və s. kimi bir çox məşhur insan və nüfuzlu şəxslərin seçimidir. Marka hazırda bütün dünyada 550-dən çox sərgi salonu və 17,157 işçisi ilə dünyanın ən bahalı brendidir. Sadəcə bir eynəyin qiyməti 292 dollardır.

Onların məhsullarına geyim, kosmetika, aksesuarlar, saatlar, ayaqqabı, əl çantaları və kəmərlər daxildir.

"Gucci” brendinin sərvəti 15,6 milyard dollardır.

Şirkətin baş qərargahı İtaliyanın Florensiya şəhərində yerləşir. "Gucci”nin baş direktoru Marko Bizzaridir.
 
 

"Chanel”

"Chanel” ən qədim və birinci elit sinif moda brendidir. Marka mövcud olduğu uzun illər ərzində yüzlərlə ictimai şəxslə işləyib. Bunlardan bəziləri Vanessa Paradis, Nikol Kidman, Audrey Tautou, Keyra Kniqtli, Kristen Stüart, Marqot Robbi, Katerina Deneuve və Merilin Monrodur. "Chanel"in indi dünya üzrə 310-a qədər sərgi salonu var və brendin ən ucuz məhsulu 56 dollaradır.

Onların istehsal etdiyi məhsullar sırasında geyim, günəş eynəyi, zərgərlik məhsulları, kəmərlər, əl çantaları, ayaqqabı, kosmetika, ətirlər və dəri məmulatları yer alır.

"Chanel” brendinin sərvətinin təxmini dəyəri 13,2 milyard dollardır.

Şirkətin baş qərargahı Böyük Britaniyanın London şəhərində yerləşir. Baş direktoru Alain Verteymer, yaradıcı direktoru isə Vircin Viarddır.
 


"H&M”

"H&M” brendi hazırda sürətlə inkişaf edir. Pərakəndə geyim satışı ilə tanınır. Bu brend təkcə yüksək keyfiyyətli məhsullar istehsal etmir, həm də öz peşəkarlıqlarını geyimlər üzərində nümayiş etdirir. Elə buna görə də markaya olan müştəri tələbi kolleksiya konsentrasiyası səbəbindən olduqca yüksəkdir.
 
Brend daha çox qadınlar üçün malların bazara çıxarılmasına diqqət yetirir. Bununla belə, ən kiçik bir məhsulun (sadə uniseks Bandanalar paketi) qiyməti 103 dollara qədərdir. Buna görə də o, dünyanın ikinci ən bahalı geyim markası hesab olunur.

Brendin məhsulları sırasına geyim və aksesuarlar daxildir. 

"H&M”-in sərvəti 12,38 milyard dollar dəyərində qiymətləndirilir.

Baş qərargahı İsveçin Stokholm şəhərində yerləşir. Şirkətin sahibi Stefan Persson (Şirkətin 28%-nə sahibdir), baş direktoru Karl-Yohan Persson, yaradıcı direktoru isə Pernilla Vohlfartdır.
 


"Burberry”

Rihanna, Carey Mulligan, Madonna və s. kimi bir çox məşhurlar dünyada cəmi 498 sərgi salonuna malik olan brendin daimi müştəriləri və pərəstişkarlarıdır. Bu məşhurlar "Burberry” brendinin məhsullarını şoulara, premyeralara və hətta təntənəli mərasimlərə dəfələrlə geyinərək, hər kəsin diqqətini üzərlərinə çəkə bilib. Hətta çox sayda dünyanın populyar modelləri davamlı olaraq brendin siması kimi çıxış ediblər. 

Brendin məhsulları bunlardır: Geyim, kosmetika, aksesuarlar və ətirlər.

"Burberry”nin sərvətinin dəyəri 11,48 milyard dollardır.

Şirkətin baş qərargahı Böyük Britaniyanın London şəhərində yerləşir. Baş direktoru Marco Qobbetti, yaradıcı direktoru isə Rikkardo Tisçidir.

 
"Prada” 

"Miu Miu” adlı yeni istehsal edilən məhsul sanki "Prada” markasının hekayəsini dəyişdirdi. Klassik "Prada” çantası bir çox ulduzun marağına səbəb olub və onlar yeni məhsulun müştərisinə çevrilib. Xülasə, bütün "Prada” məhsulları heyrətamiz və yüksək keyfiyyətlidir ki, bu da onları ulduzların sevimlisinə çevirir.

Brendin məhsulları sırasına geyim, kosmetika, zərgərlik, ətirlər, moda aksesuarları, mobil telefonlar, şərablar və saatlar daxildir.
 
Şirkətin maliyyə dəyəri 11,1 milyard dollardır.

Baş qərargahı İtaliyanın Milan şəhərində yerləşir. Baş direktoru Nikt Uassil, yaradıcı direktorları isə Miuççi Prada və Karlo Matsidir.
 


"Ralph Lauren”

"Ralph Lauren” brendi istehsal etdiyi yüksək keyfiyyətli geyim brendi olmaqla fərqlənir. Eyni zamanda ən dəbdəbəli geyim markalarından biri hesab olunur. Onlar həmçinin köhnə materialları istifadə etməklə yeni geyimlər yaratmaqda da xüsusi seçilirlər. Şirkət bununla müştərilərini "vintage” sənətinə aşiq edərək, nə olursa-olsun, keyfiyyətli məhsul istehsal etməkdən vaz keçməyib. Hələ də brendin moda keyfiyyəti və unikallığı ən yüksək səviyyədə qalır. Brendin ən ucuz bir məhsulunun qiyməti 64 dollardır.
 
Marka lüks geyim və ayaqqabı istehsal edir.

Şirkətin hazırkı maliyyə dəyəri 8,2 milyard dollar olaraq qiymətləndirilir.

Şirkətin baş qərargahı ABŞ-ın Nyu York şəhərində yerləşir. Baş direktoru Patris Luvet, yaradıcı direktoru isə Bill Kottondur.
 
 

"Dolce & Gabbana”

"Dolce & Gabbana” yüksək keyfiyyətli geyim və aksesuarları ilə olduqca məşhurdur. "Gucci” kimi, bu brend də öz məhsullarını məhdud sayda və stildə saxlamağı sevir. Bu da markanın müştərilərinə onların öz unikallığını göstərə bilməsinə hədəflənib. Brend, yuxarıda qeyd olunan hər bir digər marka kimi, bir çox məşhurlar tərəfindən də çox bəyənilir. "Dolce & Gabbana” heyrətamiz yaradıcılığı və yüksək keyfiyyətli məhsul istehsalı ilə tanınır və müştərilərini məmnun edir.
 


Markanın istehsal etdiyi məhsullara geyim, ayaqqabı, əl çantaları, saatlar, günəş eynəyi, ətirlər, zərgərlik məmulatları və kosmetika daxildir.
"Dolce & Gabbana”nın sərvəti 5,3 milyard dollardır.

Şirkətin baş qərargahı İtaliyanın Milan şəhərindədir. Baş direktoru Alfonso Dolçe, yaradıcı direktoru isə Tom Forddur.

Günay İlqarqızı

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->