Xəbər lenti

Konfrans Liqası:
İdman 09:12 08.07.2026

Konfrans Liqası: "Zirə" mübarizəyə başlayır

"Zirə" komandası UEFA Konfrans Liqasının 2026/27 mövsümündə ilk oyununu bu gün keçirəcək.

Qaynarinfo xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsində Gürcüstan təmsilçisi "Torpedo" ilə üz-üzə gələcək.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 20:00-da start götürəcək.

Matçın baş hakimi finlandiyalı FIFA referisi Yuri Hüytiya olacaq.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.

Konfrans Liqası
I təsnifat mərhələsi
İlk oyun

8 iyul
20.00 Zirə (Azərbaycan) - Torpedo (Kutaisi, Gürcüstan)
Baş hakim: Yoni Hyuyutiya, Veli-Matti Leppenen, Yusso Mantere (Finlandiya).
Dördüncü hakim: Peyman Simani (Finlandiya).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->