Xəbər lenti

Durov sevgilisinin ad gününə 52 min dollarlıq virtual hədiyyə bağışladı
Maqazin 17:27 02.08.2025

Durov sevgilisinin ad gününə 52 min dollarlıq virtual hədiyyə bağışladı

"Telegram" mesajlaşma platformasının qurucusu və rəhbəri Pavel Durov öz sevgilisi Yuliya Vavilovanın 25 yaşı münasibətilə ona 52 500 ABŞ dolları dəyərində virtual kolleksiya hədiyyəsi təqdim edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Kod Durova" resursu məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Durov sevgilisinə "Plush Pepe" adlı nadir kolleksiya oyuncağı hədiyyə edib. Bu seçim təsadüfi deyil - Yuliya Vavilova rəngli və futuristik fonda olan çəhrayı və bənövşəyi virtual hədiyyələri toplamaqdan zövq alır. Hədiyyə məhz bu marağa uyğun seçilib.

İyul ayının sonunda "Telegram" geniş funksiyaları əhatə edən yenilənmə təqdim edib. Buraya yeni "Profil reytinqi” sistemi də daxildir. Bu reytinq istifadəçilərin "Telegram Stars" adlı virtual valyuta ilə etdikləri xərclər – hədiyyələr göndərmək, pullu mesajlar yazmaq və postlara ödəniş etmək – əsasında artır.

Bununla belə, əgər istifadəçi hədiyyələri "ulduz”lara dəyişərsə, reytinq azala bilər. Hazırda "Telegram" komandası aşağı reytinqli istifadəçilərin funksional imkanlarının məhdudlaşdırılıb-məhdudlaşdırılmayacağına dair konkret açıqlama verməyib.

Qeyd edək ki, Pavel Durov "Telegram”ı 2013-cü ildə istifadəyə verərkən platformanı tamamilə pulsuz və funksional olaraq təqdim etmişdi. Lakin son zamanlar monetizasiya elementləri diqqət çəkir.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->