İdman 18:45 27.12.2022

Əli Daeinin ailəsi İrandan buraxılmadı: Təyyarəni başqa yerə endirib...

İran milli komandasının tarixinin bombardiri Əli Daeinin ailəsi ölkədən buraxılmayıb.

Qaynarinfo xəbər verir ki, keçmiş futbolçunun həyat yoldaşı və qızı ona Dubayda qoşulmalı idilər, lakin onların ölkəni tərk etməməsi üçün uçuş digər istiqamətə yönləndirilib. 

Təyyarə Fars körfəzindəki adaya enib və Daeinin ailəsi heç bir izahat verilmədən təyyarədən çıxarılıb.

"Əgər onlara ölkədən çıxmaq qadağan edilsəydi, bu barədə pasport nəzarətində məlumat verilərdi. Bu barədə mənə heç kim cavab vermədi", deyə BBC Daeinin sözlərindən sitat gətirir.

Bundan əvvəl Əli Daei İranda Məhsa Əminin ölümündən sonra başlayan etirazlara dəstək verib. 

Qeyd edək ki, Əli Daei milli komandalar tarixində ikinci qolçudur (109 qol). Dünya rekordçusu Kriştiano Ronaldodur.

Nizami Bağırov