"Mənim Elarizlə nə işim var? Elarizin ünvanına heç nə deməmişəm, onun üstünə getmək lazım deyil. İşlətdiyim fikirləri başqa adamların ünvanına demişəm".
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Əli Mirəliyev Amerikada yaşayan həmkarı Elariz Məmmədoğlunun "Əli Mirəliyev nə vaxt düzələcək?" fikrinə münasibət bildirərkən deyib.
Əli Mirəliyev Elariz Məmmədoğlu ilə yaxın dost olduğunu və eyni məhəllədə böyüdüyünü xatırladıb:
"Elariz həyatda bir düzgün qərar verib, o da Azərbaycandan getməsidir. Azərbaycanda dolanmaq çətindir. Elariz toya da az gedirdi, dolana bilmirdi, çətinlik çəkirdi. Bəxti gətirdi, Allah qapı açdı ki, get yaşa. Elariz, qardaşım, səni salamlayıram".
Əli Mirəliyev hazırda həbsdə olan həmkarı Rəqsanə ilə bağlı fikirlərini də bölüşüb:
"Rəqsanə həbs olunub, hamı onu söyür. Deyir ki, Rəqsanə çoxdan içəridə olmalı idi. Həyatdır, sabah nə olacaq bilinmir, bu, hamının başına gələ bilər. 4 uşaq anasıdır, pis-yaxşı müğənnidir. Rusiyada vəziyyət pisdir, Bakıya qayıdıb. Uşaqları anasız qalıb".
Xatırladaq ki, müğənni Əli Mirəliyev "Kişi hər şeyi evində olanda edər. Kənarda hamı hər şey edər. Get Amerikada nəsə kəşf et. Sonra mitil kimi aparıb səni basdıracaqlar" fikirlərini səsləndirib. Elariz Məmmədoğlu isə hesab edir ki, guya Əli Mirəliyev bu fikirləri onun ünvanına deyib və videoya "Əli Mirəliyev nə vaxt düzələcək?" şərhini yazıb.
Bahar Rüstəmli
Şərhlər