İdman 15:37 13.05.2022

Əliyar Ağayev Yunanıstana gedəcək

FİFA referisi Əliyar Ağayev Yunanıstan II Super Liqasının final oyununa təyinat alıb.

Qaynarinfo xəbər verir ki, 35 yaşlı hakim "Levadiakos" və "Veriya" komandaları arasında keçiriləcək cavab matçını idarə edəcək. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.

Qarşılaşma mayın 15-də keçiriləcək. İlk oyunda "Levadiakos" 1:0 hesablı qələbə qazanıb. Görüşün qalibi Superliqaya vəsiqə qazanacaq.
 
Səbuhi Həsənov