Xəbər lenti

Əməkdar artist:
Maqazin 14:44 18.08.2025

Əməkdar artist: "Arzu Abdulova adında aktrisa tanımıram"

"Professional aktrisa heç vaxt belə ifadə işlətməz".

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Nahidə Orucova aktrisa Arzu Abdulovanın "Mənimlə yatağa girmək hər kişinin başı üçün deyil" fikirlərinə münasibət bildirərkən deyib. 

Nahidə Orucova Arzu Abdulova adında aktrisa tanımadığını da vurğulayıb:

"Bu, aktrisa deyil. Uşaqdır ki, bu cür fikirlər söyləyib. Biz səhnəyə pul üçün gəlməmişik. Sənət, səhnə, tanınmaq üçün gəlmişik. Tamaşaçılar rollarımıza baxıb bizi sevsin, tanısın deyə. Bizi xalqın sevgisi aktrisa edib. Bu sevgi heçdən olmur, illərlə əziyyət çəkməlisən. "Mənimlə yatağa girmək hər kişinin başı üçün deyil" ifadəsi aktrisaya aid ola bilməz. Bu sözlər küncdən-bucaqdan, qıraqdan gələn birinə aiddir".

Qeyd edək ki, aktrisa Arzu Abdulova bu dəfə "Mənimlə yatağa girmək hər kişinin başı üçün deyil" açıqlaması ilə gündəmə gəlib. Aktrisanın bu fikiri sosial şəbəkədə tənqid edilib.

Xatırladaq ki, Arzu Abdulova "3 badam 1 qoz”, "Adam” filmi, "Ata ocağı”, "Həyat sən nə qəribəsən”, "Cehizsiz gəlinlər”, "Baldız” və digər seriallarda rol alıb.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->