Xəbər lenti

Birinin anası digərinin atası ilə evli idi - Uşaqları 31 il sonra bir araya gəldi
Maqazin 18:58 29.07.2026

Birinin anası digərinin atası ilə evli idi - Uşaqları 31 il sonra bir araya gəldi

Hollivudun bir vaxtlar ən məşhur cütlüklərindən olan Sindi Kravford və Riçard Gerein yolları boşandıqlarından 31 il sonra bu dəfə övladları vasitəsilə yenidən kəsişib.

Qaynarinfo xəbər verir ki, keçmişdə evli olan supermodel Sindi Kravford və aktyor Riçard Gere sonrakı nikahlarından dünyaya gələn övladları ilə eyni televiziya layihəsində təmsil olunurlar.
 


24 yaşlı Kaya Gerber və 26 yaşlı Homer Ceyms Gere Rayan Murpinin imzasını daşıyan "The Shards" serialında rol alırlar. Layihənin bu günlərdə keçirilən qala gecəsində hər iki gənc qırmızı xalçada birlikdə görüntülənərək fotoqrafların diqqət mərkəzinə çevrilib.

Kaya Gerber qala gecəsində "Versace" brendinə məxsus geyimi ilə diqqət çəkib. Moda dünyasında uğurlu karyera quran model görünüşü və duruşu ilə anası Sindi Kravfordun gənclik illərini xatırladıb. Homer Gere isə klassik qara kostyumda kameralar qarşısına çıxaraq valideynləri Riçard Gere və "Carey Lowell"un cizgilərini əks etdirən görünüşü ilə seçilib.
 


Sindi Kravford və Riçard Gere 1991-ci ildə ailə qurmuş, lakin münasibətləri uzun sürməmişdi. Cütlük 1994-cü ildə ayrılıb, 1995-ci ildə isə rəsmi şəkildə boşanmışdı.
 


Boşanmadan sonra Sindi Kravford iş adamı Rande Gerber ilə evlənib. Bu nikahdan Kaya Gerber və Presli Gerber adlı iki övladı dünyaya gəlib. Hər iki övlad moda sahəsində fəaliyyət göstərir.
 


Riçard Gere isə daha sonra aktrisa Karey Lovell ilə ailə qurub və bu evlilikdən Homer Ceyms Gere dünyaya gəlib. Aktyor sonradan Alejandra Silva ilə üçüncü dəfə evlənib və bu nikahdan daha iki oğlu var.
 


Beləliklə, illər əvvəl Hollivudun ən çox müzakirə olunan cütlüklərindən olan Sindi Kravford və Riçard Gerenin fərqli ailələrdə böyüyən övladları ilk dəfə eyni ekran layihəsində bir araya gələrək maraqlı təsadüfə imza atıblar.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->