Əməkdar artist Nahidə Orucova evini satışa çıxarması ilə bağlı məlumata aydınlıq gətirib.
Aktrisa Qaynarinfo-ya açıqlamasında mənzilinin satışa çıxarılması ilə bağlı məlumatın həqiqəti əks etdirmədiyini qeyd edib:
"Mən evimi niyə satım? Bu, ayrı məsələdir. Hazırda çəkilişdəyəm, danışa bilmirəm. Amma evimi satmaq fikirim yoxdur”.
Qeyd edək ki, Nahidə Orucovanın evini satması barədə aparıcı Elgiz Əkbər məlumat yayıb. O bildirib ki, aktrisanın mənzili "Elgizlə izlə” verilişində satışa çıxarılacaq.
Bahar Rüstəmli
Şərhlər