Xəbər lenti

Maqazin 18:10 11.02.2024

Əməliyyat olununan şahzadənin son durumu açıqlandı

Şahzadə Keyt Middlton əri şahzadə Uilyam və uşaqları ilə birlikdə tətilə çıxıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə mənbəyə istinadən "Daily Mail" məlumat yayıb.

Keyt Middleton planlaşdırılan qarın əməliyyatından sonra sağalmağa davam edir. Uels şahzadəsi bu həftə gəldiyi Norfolkdakı Sandringham Estate-də ailəsinin əhatəsində vaxt keçirir. Rəfiqəsinin dediyinə görə, şahzadə artıq sağalıb.

"Keytin müalicəsi yaxşı gedir. O, mənzərənin dəyişməsini səbirsizliklə gözləyirdi. İndi Norfolkda istitrahət edir", deyə mənbə bildirib.

Yanvarın 16-da Keyt Middlton London klinikalarından birinə yerləşdirilib. Elə həmin gün əməliyyat olunub. Kral ailəsi rəsmilərinin sözlərinə görə, əməliyyat əvvəlcədən planlaşdırılıb. 

Aydın



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->