Dünya 17:13 07.04.2023

Ərdoğan Lavrovu qəbul etdi, Rəisi ilə telefonla danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı iqamətgahda Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Lavrov Türkiyədə ikigünlük səfərdədir. O, daha əvvəl həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Türkiyə prezidenti bu gün həmçinin İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.

Danışıq zamanı Ərdoğan Fələstinə hücumlarına qarşı islam dünyasının həmrəy olmasının lazım olduğunu bildirib.

Ərdoğanla Rəisi həmçinin, ikitərəfli münasibətlər və regioanl məsələlər ətrafında fikir mübadiləsi aparıb.