Xəbər lenti

Erlinq Haland sağlam qalmaq üçün yediyi qidaları açıqladı
İdman 17:25 13.10.2022

Erlinq Haland sağlam qalmaq üçün yediyi qidaları açıqladı

"Mançester Siti"nin norveçli ulduzu Erlinq Haland sağlam qalmaq üçün yediyi qidalardan bəzilərinin adlarını açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, hücumçu "Böyük qərar" adlı sənədli filmdə pəhrizinin bəzi qəribə elementlərindən danışıb. Futbolçu qida rasionuna ürək və qaraciyər də daxil olduğunu bildirib.

O, açıqlamasında "Siz (digər insanlar) onu yemirsiniz, amma mən bədənimə qulluq etməkdə maraqlıyam. Məncə, mümkün qədər daha çox yerli, keyfiyyətli yemək ən vacibdir. İnsanlar ətin sizin üçün zərərli olduğunu deyirlər, lakin hansı - "McDonald"sdan aldığın, yoxsa oradakı ot yeyən yerli inəyin əti? Ürək və qaraciyər yeyirəm".

Norveçli forvard hər matçdan əvvəl atası Alfie tərəfindən evdə hazırlanmış "Lazanya" adlı ət yeməyi də yeyir. Bundan başqa Haland özünü formada saxlamaq üçün gündə təxminən 6000 kalori yandırdığını da bildirib. O, oyandıqdan dərhal sonra içəcəyi suyu filtirdən süzmək və gözlərinə günəş işığı düşməsi də daxil, bəzi qəribə təcrübələri gündəlik iş rejimində tətbiq ediyini vurğulayıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->