Ölkə 11:47 23.08.2023

Erməniəsilli şəxs Azərbaycan dilində danışdı: "Hər şey qəşəngdir"

Xankəndi-Gorus istiqamətində "Laçın” sərhəd-buraxılış məntəqəsindən bu gün keçid edən daha bir erməniəsilli şəxs sərbəst keçidin təmin olunmasından razılığını bildirib.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, o, bu barədə azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

Erməniəsilli şəxs azərbaycanlı jurnalistlərin "Necə idi? Sizə hər hansı bir maneə yaradıldımı?” sualına Azərbaycan dilində "qəşəng” deyərək cavab verib.