Xəbər lenti

Siyasət 23:25 12.04.2024

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etmədi

Ermənistan KTMT ölkələri arasında hərbi əməkdaşlığın inkişafı üzrə Hərbi Komitənin iclasında iştirak etməyib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, görüş aprelin 12-də Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərliyi ilə videokonfrans formatında baş tutub.

İclasda Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın nümayəndələri iştirak ediblər. İştirakçılar arasında Ermənistan nümayəndəsi olmayıb.
"Görüş zamanı KTMT-nin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidlər müzakirə edilib”, - məlumatda deyilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?