Siyasət 09:31 13.10.2022

Ermənistandan vacib sülh açıqlaması: "Razılıq var, ilin sonuna kimi..."

"Ermənistan və Azərbaycan ilin sonuna qədər sülh müqaviləsi imzalamaq niyyətindədir".

Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ilin sonunadək delimitasiya prosesinin aparılması ilə bağlı da razılıq var. Qriqoryan bildirib ki, sülh müqaviləsi və delimitasiya bir-biri ilə əlaqəlidir.

O, sülh müqaviləsinin Ermənistanla Azərbaycan arasında münasibətləri tənzimləyəcəyinə ümid edir.