Siyasət 15:35 22.01.2023

Ermənistanın xarici işlər naziri Brüsselə gedəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsselə işgüzar səfərə gedəcək. 

Qaynarinfo "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Mirzoyan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxış edəcək, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələləri, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi və Ermənistan-Avropa İttifaqı münasibətləri barədə danışacaq.

Mirzoyanın NATO-nun baş katibi Yens Stoltenberq, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell, Belçikanın xarici işlər naziri Aja Labib ilə görüşü nəzərdə tutulub.

Aydın