Xırdalan şəhəri ərazisində mənzillərdən çıxan təmir tullantılarını və köhnə əşyaları zibil qutusuna, onun ətrafına atmaq qadağan olunub. Qutuların yerləşdiyi ərazilərdə plakatlar vurulub və onların üzərində bu qaydanı pozan şəxslərin 300 manat məbləğində cərimə ediləcəyi göstərilib.
Bu hallar şəhərin bütün yerlərində var. İnsanlar evlərini təmir etdirən zaman oradan çıxan köhnə mebel, əşyaları zibil quturlarının yanına atırlar. Bələdiyyələr isə zibil yığarkən həmin əşyalları daşımır. Beləcə zibil sayılan bu tullantılar aylarla ərazidə qalır. Bu insanları narahat edir.
Əslində təmir zamanı evdən çıxan tullantıları kim daşımalıdır?
Hüquq müdafiəçisi Səməd Vəkilov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununda maddə 6.-da yerli ekoloji proqramların həyata keçirilməsi nəzərdə tutulub:
"Maddəyə əsasən, məişət tullantılarının ərazidən təmizlənməsi bələdiyyə orqanlarına həvalə edilib. Təmir zamanı evdən çıxan tullantılar da məişət tullantısına aid edilir. Burada bələdiyyələr məsuliyyət daşımalıdır".
Səməd Vəkilov təmir zamanı evindən çıxan tullantıları zibil qutularına atan şəxslərlə bağlı cəza növündən də danışıb:
"Orada məslə belədir ki, zibili təyin olunmuş yerə atmalıdır. Amma əgər qutular dolubsa, sakinlər tullantıları onun yanına boşaldırsa, bu halda da bələdiyyə məlumat verməlidir".
Bahar Rüstəmli
Şərhlər