"Gəncə terroru Vətən Müharibəsində məğlub olan ermənilərin acizliyidir".
Qaynarinfo xəbər verir ki, bunu Gəncədə jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, erməni tərəfi acizliyindən Gəncəyə raket zərbələri endirib.
"Bu işlərlə bağlı biz 3 cinayət işi başlamışıq və həmin bu hərbi-siyasi tapşırığı verən, icra edən şəxslər müəyyən olunublar. Onları beynəlxalq axtarışa vermişik. Gec-tez onların, məsuliyyətə cəlb edilməsinə nail olacağıq".
Şərhlər