Xəbər lenti

Gürcüstan ərazi bütövlüyünü bərpa edə biləcəkmi? (ŞƏRH)
Dünya 18:45 09.08.2023

Gürcüstan ərazi bütövlüyünü bərpa edə biləcəkmi? (ŞƏRH)

2008-ci ilin avqustunda Rusiya Federasiyasının silahlı qüvvələri Gürcüstan ərazisinin bir hissəsini işğal edib. Bu hadisənin 15-ci ildönümü ilə bağlı çıxış edən edən Gürcüstanın baş naziri İrakli Qaribaşvili işğal olunmuş ərazilərin geri qaytarılacağını deyib.

Maraqlıdır, bu, nə dərəcədə realdırdır, Gürcüstan ərazilərini azad edə bilərmi? 

Qaynarinfo-ya danışan politoloq Qabil Hüseynli qeyd edib ki, belə gedişat reallıqdan uzaq deyil və və hər gün bu şans daha da artır: 

"Məsələn, Amerika Birləşmiş Ştatları belə bir bəyanat yaydı ki, Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi üçün əlindən gələni əsirgəməyəcək. Bu məsələ yeni dünya düzəninin elementlərindən birinə çevriləcək. Belə bəyanat boş yerə səsləndirilə bilməz. ABŞ-ın bəyanatında Rusiya ciddi surətdə qınanılır və hətta bilidirilir ki, Moskva işğal etdiyi və separatçı rejimlər qurduğu əraziləri könüllü surətdə Gürcüstana qaytarsa, daha yaxşı olar. 

Görürük ki, yeni dünya düzəni qurulur. Xatırladım ki, 1975-ci il avqustun 1-də Finlandiyanın paytaxtı Helsinkidə Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət başçılarının müşavirəsi oldu. Onlar Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında Zirvə Aktını imzaladılar. Həmin sənədə görə, müşavirə iştirakçıları 10 əsas prinsipi rəhbər tutmalıdırlar: zor işlətməmək; sərhədlərin toxunulmazlığı; dövlətlərin ərazi bütövlüyü; mübahisənin dinc yolla həll olunması və s. 
 


Göründüyü kimi, Rusiya Gürcüstanın ərazi bütövlüyünü pozub və qanuni hakimiyyətə qarşı zor tətbiq edib. Digər tərəfdən, Helsinki yekun aktında II Dünya müharibəsindən sonra formalaşmış sərhədlərin dəyişdirilməməsi haqqında xüsusi müddəa var. Qeyd olunur ki, bu müddəa hazırki dövrdə dünya düzəninin formalaşmasında əsas prinsip kimi götürüləcək. Hətta qeyd edilir ki, milllətlərin öz müqəddəratını təyin etməsi haqqındakı müddəa köhnəlmiş və günün tələblərinə cavab verməyən bir prinsipdir. Ona görə də bu bənd yeni dünya düzəni üçün beynəlxalq hüquq prinsiplərindən biri kimi qəbul edilə bilməz. II Dünya müharibəsindən sonra formalaşmış sərhədlərin dəyişdirilməməsi haqqında prinsip əsas meyara çevrilməlidir və çevrilməkdədir. Rusiya buna əməl etməlidir. Əks təqdirsə, rəsmi Tiflis anti-terror əməliyyatı keçirtmək hüququna malik olacaq". 

Qeyd edək ki, 2008-ci ilin avqustunda Rusiya Federasiyasının silahlı qüvvələri Gürcüstan ərazisini işğal edib. 2008-ci il avqustun 8-nə keçən gecə Cənubi Osetiya separatçıları tərəfindən gürcü kəndləri atəşə tutulub. Gürcüstan ordusu hücuma keçərək, Cənubi Osetiyanın əsas yaşayış məntəqəsi olan Sxinvalinin böyük hissəsinə nəzarəti bərpa edib. Rusiya qoşunları bu daxili münaqişəyə birbaşa müdaxilə edib. Avqustun 10-da Rusiya Federasiyasının birbaşa işğalı ilə əlaqədar Tiflis qoşunların Sxinvalidən çıxarıb və birtərəfli atəşkəs elan edib. Prezident Mixail Saakaşvili Avropa İttifaqının, xüsusən də Fransa prezidenti Nikola Sarkozinin təklif etdiyi (12 avqust tarixli) atəşkəs planını imzalayıb, bu planın əsas məqamları atəşkəsə əməl edilməsi və qoşunların öz bazalarına qayıtması olub. Rusiya qoşunlarının Gürcüstan ərazisindən çıxarılması 2008-ci il oktyabrın 1-dək başa çatmalı idi. Lakin faktiki olaraq Rusiya Federasiyasının qoşunları Gürcüstanın daxili və xarici siyasətinə təsir faktoru olaraq bu günə qədər qondarma "respublikalar”ın ərazisində qalır. 

Röya Kərimli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->