Xəbər lenti

Həccə qeydiyyat başa çatır -  Kvotada boş qalan yerlər
Ölkə 10:58 02.03.2026

Həccə qeydiyyat başa çatır - Kvotada boş qalan yerlər

Həcc ziyarəti üzrə kvotanın 83 faizdən çoxu tamamlanıb.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq builki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının 7-dək uzadılıb.

Xatırladaq ki, Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.
--> -->