Xəbər lenti

Sənət 14:14 08.04.2023

Həyat yoldaşından vəzifəyə təyin olunan Xalq artistinə təbrik (FOTO)

Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı Rusiyanın Xalq artisti Anna Netrobka onu diretor olması münasibətilə təbrik edib.

Qaynarinfo xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib:

"Təbriklər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yeni rəhbəri. Qürurvericidir. Sən hər şeyi bacarırsan. Yeni işində sənə uğurlar diləyirəm. Səni sevirəm və qürur duyuram".

Xatırladaq ki, Xalq artisti Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsinə təyin olunub.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Yusif Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artistidir.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->