Xəbər lenti

Siyasət 19:10 25.09.2023

"Hindistan Ermənistanda hərbi baza yarada bilməz”  - Politoloq

"Bu təklifin reallıq ehtimalı olduğunu düşünmürəm. Hindistanın indiki dövrdə belə bir planı da yoxdur”.
 
Bunu Qaynarinfo-ya politoloq Tural Rzayev "Hindistan-Ermənistan Dostluğu” adlı qurumun sədri Ranancay Anandın səsləndirdiyi "Dehlinin Ermənistanda hərbi baza yaratması haqqında düşünməyin vaxtı çatıb" fikrini şərh edərkən deyib.

Tural Rzayev bildirib ki, bu, hər hansı bir QHT sədrinin açıqlamasıdır, çox da əhəmiyyət veriləsi məsələ də deyil: 

"Bundan əvvəl NATO-da real vəzifə daşımayan kiçik rütbəli bir məmur İrəvanın NATO-ya üzvlüyü məsələsini qaldırmışdı. Hindistanın indiki zamanda belə bir planının olduğunu da düşünmürəm. Hindistanın ümumiyyətlə digər ölkələrdə bazaları yoxdur. O ki, qaldı Cənubi Qafqazda, özünə yad olan bir ərazidə Hindistanın logistik dəstək vermək imkanları belə yoxdur. İrəvan ABŞ və Fransadan hərbi dəstək almaq istəyir, amma onlar belə bura gəlib çıxa bilmir. Ona görə də Ermənistanda Hindistan hərbi bazası barədə deyilənlər absurddur”. 

Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması haqqında danışan həmsöhbətimiz bunun vaxtının çoxdan çatdığını bildirib: 

"Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında Türkiyənin xüsusi rolu vardır. Şuşada Türkiyə konsulluğu da açılmalıdır. Bu digər qüvvələri  Azərbaycana qarşı təxribatlar törədərkən daha ehtiyatlı olmağa vadar edəcək”.

Qeyd edək ki, "Hindistan-Ermənistan Dostluğu” İctimai Birliyinin sədri Ranancay Anandın Hindistanın Ermənistanda hərbi bazası yaratmaq haqqında düşünməyin zamanının çatdığını bildirib. 

Anand Zəngəzur dəhlizinin açılmasının Dehli üçün "yaxşı xəbər olmadığını" düşünərək, "Pakistan-Türkiyə-Azərbaycan üçlüyünün Hindistanın təhlükəsizliyinə təhdid planlaşdırdığı”nı iddia edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->