Xəbər lenti

Dünya 22:54 21.04.2024

İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır - Deputatdan iddia

Qaynarifno xəbər verir ki, bu iddia ilə Moldovanın Qaqauziya əyalətinin Xalq Məclisinin sədri Dmitri Konstantinov çıxış edib. 

"Xanım Sandu (Moldova prezidenti Maya Sandu) və komandası qonşularımızla, Rumıniya ilə birləşməyimiz üçün hər şeyi edir", deyə deputat qeyd edib.

Konstantinov bildirib ki, respublikanın rəhbər orqanlarında bir çoxları Rumıniya vətəndaşlığını açıq şəkildə bəyan edirlər. O, həmçinin əlavə edib ki, iki ölkənin elektrik şəbəkələrinin birləşdirilməsi artıq aparılır.

Konstantinov Qaqauziyadakı moldovalıların əksəriyyətinin bu ideyanı dəstəkləmədiyini vurğulayıb. O, əmindir ki, bu səbəbdən prezident başqa mövzunu təbliğ etməyə başlayıb, lakin "sakitcə" eyni istiqamətdə irəliləməkdə davam edir.

Qeyd edək ki, 1918-ci ildə Kişintovda yerləşən yerli idarəetmə orqanı qonşu ölkə ilə birləşmə qərarı verdikdən sonra Rumıniya ordusu Moldovaya daxil olub. 1940-cı ilin iyununda Sovet İttifaqı Moldovanı öz ərazisinə qatsa da, 1991-ci ildə Kişinyov müstəqilliyini elan edib. Hazırda hər iki ölkədə birləşmə ideyasının tərəfdarları mövcuddur. 

Bundan əvvəl Moldova prezidenti Maya Sandu bildirmişdi ki, ölkənin Rumıniya ilə birləşməsi yalnız bu ideyanın əhali tərəfindən dəstəklənməsi ilə mümkün ola bilər: "Bu, yalnız xalqın dəstəyi ilə mümkündür. Hələ ki, xalq bunu istəmir və ya həmin hədəfi dəstəkləyən kritik kütlə hələ formalaşmayıb".

Bir müddət əvvəl Rumıniyanın baş naziri Marçel Çolaku bildirib ki, ölkələrin birləşməsi istər Avropa İttifaqı daxilində, istərsə də ondan kənarda baş verə bilər. Amma bunun üçün Moldova vətəndaşlarının istəyi lazımdır:

"Birləşmənin tərəfdarıyam. Bu, mənim haqqımdır. Moldovada mənim kimi rumınlar yaşayır. Tarix ədalətsizlik edib. Keçmişi dəyişdirə bilmərik və indiki vəziyyət keçmişin nəticəsidir. Edə biləcəyimiz gələcəyi qurmaqdır".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->