Xəbər lenti

Siyasət 12:52 11.03.2023

İlyas İsmayılovun partiyasının qeydiyyat problemi var? (AÇIQLAMA)

"Ədalət Partiyasının yenidən qeydiyyatı ilə bağlı heç bir problem ola bilməz. Çünkü partiyanın 18 minə yaxın üzvü var”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib. Siyasətçi bildirib ki, partiya reystrdən çıxarış almaq üçün qanunun tələb etdiyi üzvlərin sayından da artıq siyahı təqdim edəcək:
 
"Qanunda 5 min nəfər üzv olması nəzərdə tutulur. Artıq üzvlərin reystri ilə bağlı işlərə başlanılıb. Digər sənədlərdə də heç bir problemimiz yoxdur”. 

Mütəllim Rəhimlinin sözlərinə görə, "Siyasi partiyalar haqqında” qanun müzakirə olunan zaman təkliflərlə çıxış edən partiyalardan biri də Ədalət Partiyası olub:
 
"Biz partiyaların maliyyələşməsi, qeydiyyatı, seçkilərdə iştirakı məsələlərində, eləcə də partiya sədrlərinin müəyyən dövlət vəzifələrini tutması ilə bağlı təkliflər vermişdik. Təəssüf ki, bizim təkliflərimiz keçmədi”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->