"İndiki mərhələdə tərəflər arasında heç bir təmas mümkün deyil”.
Bunu Qaynarinfo-ya sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatı şərh edərkən deyib:
"Təəssüflər olsun ki, Dövlət Departamentinin bəyanatında baş vermiş terror aktı öz əksini tapmayıb. Hesab edirəm ki, indiki mərhələdə Azərbaycan qarşı tərəflə ümumiyyətlə hər hansı bir danışıqları planlaşdırmır. Söhbət əlbəttə ki, kommunikasiyalar məsələsindən gedir. Əksinə, terror təhlükəsini nəzərə alaraq, hesab edirəm ki, Bakı qısa müddətdə ya günahkarların tapılıb Azərbaycana təhvil verilməsini tələb etməli, ya da onların terror şəbəkəsini tamamilə məhv etməlidir”.
Qeyd edək ki, Entoni Blinkenin rəhbəri olduğu ABŞ Dövlət Departamentinin saytında Qarabağa humanitar yardım məsələsilə bağlı bəyanat yayılıb. Bəyanatda Vaşinqton Azərbaycan və Ermənistanı Qarabağa humanitar yardımı artırmaq üçün birbaşa təmaslara çağırıb.
Rüfət Sultan
Şərhlər