Xəbər lenti

Ölkə 15:41 25.09.2023

İnsult keçirən Rais Rəsulzadədən səhhəti barədə açıqlama

"Həkimlər əlindən gələni edir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə öz səhhəti ilə bağlı danışarkən deyib. O, hazırda xəstəxanada olduğunu qeyd edib: 

"Müalicə olunuram. Səhhətimdə yaranmış vəziyyətlə bağlı narahat olan bütün dostlara salamlarımı göndərirəm. Hər şey yaxşıdır, narahat olmayın”. 

Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə Rais Rəsulzadənin insult keçirməsi ilə bağlı məlumat yayılıb. 
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->