İpotekaya yararlı evlərin qiyməti artır - Səbəb nədir?
Son 4 ildə ipotekaya yararlı evlərin qiyməti 40 faizədək artıb.
Qaynarinfo-nun Xəzər TV-yə istinadən verdiyi məlumata görə, əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, son illərdə ipoteka kreditləri ilə satılan mənzillərə tələbat artıb. Qiymətlərdə də artım müşahidə olunur.
Ekpertin sözlərinə görə, mənzil bazarında bahalaşma var. Vətəndaşlar da bunu bildiklərindən ipotekaya üstünlük verirlər.
E.Fərzəliyev onu da vurğulayıb ki, gələcəkdə də belə mənzillərə tələbatın artacağı və bunun da satış qiymətinə təsir edəcəyi gözlənilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər