Xəbər lenti

Təcili tibbi yardım maşını aşdı - 4 nəfər xəsarət aldı
Ölkə 10:42 26.07.2026

Təcili tibbi yardım maşını aşdı - 4 nəfər xəsarət aldı

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Qəza zamanı "Mercedes” markalı təcili tibbi yardım avtomobili ilə "Cherry” markalı avtomobil toqquşub. Nəticədə təcili tibbi yardım avtomobili aşıb. Təcili tibbi yardım avtomobilində olan 3 nəfər və digər nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
 

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->