Dünya 23:17 30.11.2022

İran nüvə dövlətinə çevilsə, ABŞ hansı addımı atacaq? - Rəsmi açıqlama

Bayden İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün son çarə kimi hərbi ssenari ilə razılaşacaq

ABŞ İranda nüvə silahının yaranmasının qarşısını almaq üçün hərbi ssenariyə də əl atmağa hazırdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Al-Arabiya”nın müxbiri Cozef Habuş ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mallinin bəyanatına istinadən yazıb.

Onun sözlərinə görə, ABŞ İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almaq üçün beynəlxalq təzyiqlərdən istifadə edir.

"Prezident bildirib ki, bunların heç biri nəticə verməsə, son çarə olaraq, hərbi ssenari ilə razılaşacaq. Çünki İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bu lazımdırsa, bu, baş verəcək. Amma bu senarinin vaxtı hələ çatmayıb", - Malli bildirib.

Eyni zamanda o əlavə edib ki, hazırda Tehran nüvə silahı əldə etməyə çalışmır.

Nizami Bağırov