Xəbər lenti

“İran rəsmilərinin bəyanatları sülhə əngəl yaradır
Siyasət 16:10 19.09.2023

“İran rəsmilərinin bəyanatları sülhə əngəl yaradır " - Politoloq

"İran rəsmilərinin Azərbaycan Ermənistan münasibətlərilə bağlı bu tip pozucu və çaşdırıcı bəyanatları, sülh müqaviləsinin imzalanmasına əngəldən başqa bir şey deyil və qızışdırıcı funksiya daşıyır”.
 
Bunu Qaynarinfo-ya "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan İran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Şəhriyar Heydərin Azərbaycanı hədələyən çıxışını şərh edərkən deyib. 

Həmsöhbətimiz deyir ki, İran hakimiyyəti Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında araqarışdırıcı rolda çıxış etməkdə davam edir: 

"Tez-tez İranın ayrı-ayrı rəsmiləri, deputat və siyasiləri tərəfindən hərbi ritorikaya üstünlük verilir. İranın müdafiə naziri Məhəmməd Rza Karai Aştiani  bu yaxınlarda bildirib ki, NATO-nun regiona gəlməsini bütün vasitələrlə əngəlləyəcəklər. Bu  məntiqsiz addımdır. Çünki əslində İranın yerləşdiyi  regionda NATO mövcuddur. İranın qonşusu Türkiyə  70 ildən çoxdur ki, NATO-nun üzvüdür”. 

Mərkəz rəhbəri bildirib ki, Bakı ilə İrəvan arasında münasibətlərin perspektivi yalnız Azərbaycanla Ermənistana aiddir: 

"İstənilən üçüncü qüvvənin bura müdaxiləsi, yanaşması münasibətlərin normallaşmasına qarşı yönəlmiş addımdır. İranın bu tip çıxışları göstərir ki,  onlar Ermənistandan Azərbaycana qarşı alət olaraq  istifadə etməkdədir”. 

Qeyd edək ki, İran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Şəhriyar Heydəri Ermənistanı qırmızı xətt adlandıraraq Azərbaycanı hədələyib. O bildirib ki, Ermənistanla  sərhədi qorumaq, bölgənin geosiyasətində baş verən dəyişiklik İranın qırmızı xətlərindən biridir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->