Xəbər lenti

Ölkə 11:39 09.04.2024

İrəvanın mərkəzində azərbaycanlı diversant saxlanılıb? - Ermənistan DİN-dən açıqlama

Ermənistan Daxili İşlər Nazirliyi virtual məkanda İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanılması ilə bağlı yayılan xəbərləri təkzib edib. 

Qaynarinfo "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, İrəvanın mərkəzində polis rusiyalı turisti narkotik maddədə şübhəli bilinərək saxlayıb. O, daha sonra sərbəst buraxılıb.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hadisə ötən gecə baş verib.

Rusiya Federasiyasının vətəndaşı Maştots prospekti ilə Əmiryan küçəsinin kəsişməsində saxlanılaraq paytaxt administrasiyasının mərkəzi şöbəsinə aparılıb. Lakin onun üzərindən narkotik tapılmayıb və Ermənistana turist kimi gəldiyi məlum olub.

Qeyd edək ki, ötən gün İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanıldığı haqda xəbərlər yayılıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->