
Meksikada gəlinlə bəy arasında 78 yaş fərqi olan nikah qeydə alınıb. Bu evlilik ölkədə yaş fərqinə görə rekord göstərici kimi statistikaya düşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Meksikanın Milli Statistika və Coğrafiya İnstitutunun (INEGI) məlumatlarında qeyd olunub.
Məlumata görə, Quintana-Roo ştatında 96 yaşlı qadın 18 yaşlı gənclə ailə qurub. Ölkədə qeydə alınan nikahlar arasında yaş fərqinin ən böyük olduğu cütlük məhz onlar olub.
Siyahıda ikinci yerdə Miçoakan ştatından olan 96 yaşlı gəlin və 19 yaşlı bəy, üçüncü yerdə isə Tamaulipas ştatında evlənən 90 yaşlı kişi və 18 yaşlı qadın qərarlaşıb.
Aydın
