Dünya 01:04 15.04.2022

İsraildən növbəti hərbi yenilik: PUA-ları zərərsizləşdirən lazer sistemi yaradıldı

İsrail Müdafiə Nazirliyi və "Rafael" şirkəti raket və PUA-ları zərərsizləşdirə bilən lazer sisteminin sınaqlarını uğurla başa çatdırıblar.
 
Qaynarinfo xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

"Müxtəlif ssenariləriə üzrə PUA-lar, minaatan mərmiləri, raketlər və tank əleyhinə raketlər uğurla ələ keçirilib".
 
Müdafiə naziri Benni Qantz lazer raketdən müdafiə sisteminin ilk uğurlu sınaqlarını "qlobal sıçrayış” adlandırıb.

"İndi məqsədimiz sistemi mümkün qədər tez işlək vəziyyətə gətirməkdir ki, bu da bizi effektiv, ucuz və innovativ mühafizə vasitələri ilə təmin edəcək", - Qanz deyib.

İstifadəsinin ucuzluğu və praktiki olaraq qeyri-məhdud döyüş sursatı ilə xarakterizə olunacaq lazer raketdən müdafiə sistemi İsrailin çoxsəviyyəli hava hücumundan müdafiə sisteminə inteqrasiya olunacaq.
 
Aydın
Qaynarinfo