Xəbər lenti

Dünya 23:59 30.08.2023

İsveçrə bu il "ən isti dördüncü avqust" yaşandı, ilk qar yağdı

Bu ilin avqust ayı İsveçrədə ən isti dördüncü avqust kimi tarixə düşüb.

Qaynarinfo xəbər verir ki, Sürixdə yerləşən "Meteonews" hava şirkətinin məlumatına görə, avqust ayında ölkə üzrə havanın temperaturu 1991-ci ildən 2020-ci ilə qədər orta temperaturdan 2 dərəcə yüksək olub.

Həddindən artıq isti dalğası səbəbindən 2023-cü ilin avqustu 1992, 2003 və 2022-ci illərdən sonra "ən isti dördüncü avqust" kimi qeydə alınıb. Ayın əvvəlində ölkə ərazisində davam edən sərin hava avqustun 10-dan etibarən kəskin istilərlə əvəzlənib. Avqustun 25-dək olan müddətdə bəzi günlərdə rekord temperatur qeydə alınıb. Həftəsonundan etibarən ölkə daxilində havanın temperaturu azalıb, bəzi yerlərdə leysan yağışları müşahidə olunub. Bu ay yağıntılar İsveçrə üzrə orta göstəricidən təxminən 30 faiz çox olub.

Həftəsonu havanın temperaturunda kəskin eniş müşahidə edilən ölkəyə avqustun 28-də qar yağıb. İsveçrə Federal Meteorologiya və Klimatologiya İdarəsinin X sosial media platformasında etdiyi paylaşımda Vale kantonunda 1638 metr yüksəklikdə yerləşən Zermatt bölgəsinə qar yağdığı bildirilib. Avqustun 24-də termometrlərin 31,2 dərəcə selsi göstərdiyi bölgədə avqustun 28-də havanın temperaturu 0,5 dərəcə olub. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->