XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İzmirin bələdiyyə sədri AKP-yə keçdi
Dünya13:43 07.10.2026

İzmirin bələdiyyə sədri AKP-yə keçdi

İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cəmil Tuqay Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) keçib.

Qaynarinfo xəbər verir ki, Cəmil Tuqay AKP-nin 7 oktyabrda keçirilən qrup toplantısında partiyaya qoşulub.

Tuqayın AKP üzvlük nişanını partiyanın sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıb.

Qeyd edək ki, AKP Cəmil Tuqayın partiyaya qoşulması ilə bağlı bir gün əvvəl sosial media hesabında xüsusi video da yayımlayıb. Təxminən 30 saniyəlik videoda əvvəlcə zibil yığınları görüntülənir. Kamera yüksəldikcə zibilliklərin yerini güllər və çiçəklər tutur.

Videonun sonunda isə 7 oktyabr 2026-cı il tarixinə diqqət çəkilir. Kadrlarda İzmir Marşının “İzmirin dağlarında çiçəklər açar” ifadəsinin musiqisindən də istifadə olunub.

Aydın