Foto 18:08 20.03.2023

Kamran Əliyev İlyas İsmayılovla görüşdü, medal təqdim etdi (FOTO)

Martın 20-də Baş prokuror Kamran Əliyev 85 illik yubileyi ilə əlaqədar Azərbaycan SSR Prokuroru, prokurorluğun veteranı İlyas İsmayılovla görüşüb.

Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, K.Əliyev Baş Prokurorluğun kollektivi adından təbriklərini və xoş arzularını çatdırıb, onu "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycanın yubiley medalı ilə təltif edib.

Görüş zamanı K. Əliyev və İ.İsmayılov xatirələrini bölüşüb, səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.