Dünya 09:53 29.06.2022

Kandelaki ABŞ-ın qara siyahısına salınmasına belə reaksiya verdi

Tina Kandelaki ABŞ-ın sanksiya siyahısına daxil edilməsini şərh edərkən, "layiqli insanlar arasında olmaqdan” məmnun olduğunu bildirib.

Qaynarinfo bu barədə Sputnik Ermənistana istinadla xəbər verir.

"Öz yolundan dönməyən və buğdanı samandan ayırmağı bacaran layiqli insanlar arasında olmaq gözəldir. Dünya dəyişib və biz heç vaxt keçmiş dünyanın bir hissəsi olmayacağıq. Bizi orada gözləmirdilər və gözləməyəcəklər də. Eyni vaxtda iki kresloda və ya əksinə oturmağa çalışanlar isə həmin xarici kresloya keçdilər, mən yenə də ona təəssüf edəcəyəm”, - Kandelaki Telegram kanalında yazıb.

O vurğulayıb ki, onun üçün Vətən yalnız Rusiyadır.

"Həmişə belə olub və belə də olacaq. Mənim üçün, uşaqlarım və ailəm üçün", - Kandelaki fikrini yekunlaşdırıb.

ABŞ Maliyyə Nazirliyi çərşənbə axşamı bildirib ki, ölkə Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukov və Tina Kandelaki də daxil olmaqla 57 rusiyalını sanksiya siyahısına daxil edib.
 
Alpər