Rusiya, ehtimal ki, qaz tankerlərini Arktika üzərindən göndərməyə başlayıb.
Qaynarinfo xəbər verir ki, hərbi portal "Defense Express" yazır ki, bununla Rusiya tərəfi tankerləri mümkün hücumlardan qorumağa çalışır.
Şimal dəniz yolu Yaxın Şərq üzərindən keçən ənənəvi marşrutdan daha qısadır. Lakin bu istiqamət çoxsaylı risk və məhdudiyyətlərlə müşayiət olunur və ilin böyük hissəsində buzla örtülü olur.
Məlumata görə, "Portovıy" (IMO: 9246621) tankeri bu marşrut üzrə göndərilib. Mayeləşdirilmiş təbii qazın daşınması üçün nəzərdə tutulan gəmi Baltik dənizində yerləşən Rusiya qaz terminalından yola çıxıb. Tankeri 22350 layihəsinə aid "Admiral Qorşkov" freqatı "Admiral Kasatonov" müşayiət edib. Tankerin təyinat məntəqəsi kimi Murmansk limanı göstərilib.
"Ehtimal ki, bu tankerdəki qaz Şərqi Asiyadakı sifarişçi üçün nəzərdə tutulub və onu Rusiyanın şimal sahilləri boyunca uzanan Şimal dəniz yolu ilə çatdıracaqlar", - məqalədə qeyd olunur.
Müəlliflər əlavə edirlər ki, Murmanskda tankerdəki qaz daha yüksək buz sinfinə malik başqa gəmiyə yüklənə bilər. Daha sonra həmin tanker şimal marşrutu ilə yola düşə bilər. Digər ehtimal isə gəminin buzqıran gəminin müşayiəti ilə şimal dənizlərindən keçməsidir.
Analitiklərin fikrincə, bütün bunlar Rusiyanın tankerlərini Avropanı dolanaraq Aralıq dənizi və Süveyş kanalından keçən ənənəvi marşrutlarla göndərməkdən çəkinməyə başladığını göstərir.
Onların fikrincə, buna səbəb bu ilin martında Ukraynanın Aralıq dənizində "Arctic Metagaz" tankerinə endirdiyi zərbə ola bilər.
Aydın
Şərhlər