XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İsmayıllıda minik avtomobilləri toqquşdu, 4 nəfər xəsarət aldı (FOTO)
Ölkə18:27 23.08.2026

İsmayıllıda minik avtomobilləri toqquşdu, 4 nəfər xəsarət aldı (FOTO)

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Diyallı-Təzəkənd yolunda qeydə alınıb.

Belə ki, "Niva" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Hadisənin başvermə səbəbləri araşdırılır.