Bu gün "Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Qaynarinfo xəbər verir ki, Rəşad Sadıqovun komandası Estoniyada "Payde”nin qonağı olacaq. Görüş saat 20:00-da start götürəcək.
Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra Sumqayıtda keçiriləcək.
Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun
23 iyul
20.00 Payde (Estoniya) - Zirə (Azərbaycan)
Hakimlər: Roman Jitari, Viktor Mardari, Andrey Bodean, Andrey Brequta (Moldova).
Pyarnu. Pyarnu Rannastaadion".
Şərhlər