Siyasət 16:35 07.06.2023

Lalə Şövkət Liberal Partiyasının buraxılmasını təklif edib? - Sədr açıqladı

"Azərbaycan Liberal Partiyasının buraxılması barədə məlumatlar həqiqəti əks etdirmir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında ALP sədri Əvəz Temırxan təşkilatın lideri Lalə Şövkətin adından Liberal Partiyasının buraxılması ilə bağlı yayılan müraciətə aydınlıq gətirərkən deyib. 

Əvəz Temirxanın sözlərinə görə, hazırda partiyada qurultaya hazırlıq işləri gedir. Sədr bildirib ki, "Siyasi partiyalar haqqında” yeni qanununun tələblərinə uyğun olaraq ALP-də müvafiq işlər aparılır. 



"Partiyanın buraxılması ilə bağlı məlumatlara gəlincə, Lalə xanım belə bir təklif etməyib və heç vaxt etməz. Bunu yayanlar partiyanın adı altında gündəmə gəlmək istəyir. Partiya maliyyə hesabatını hələ ferval ayında təqdim edib. Bir sözlə, fəaliyyətimiz davam edir”. 

Qeyd edək ki, mətbuatda sabiq dövlət katibi Lalə Şövkət lideri olduğu Azərbaycan Liberal Partiyasının strukturlarının cari vəziyyətinin ürəkaçan olmadığını bildirilir və partiyanın buraxılması istiqamətində  müzakirələrin aparıldığı vurğulanırdı. 

Bahar Rüstəmli