Xəbər lenti

Livan Prezidenti 24 nazirdən ibarət yeni hökuməti təsdiqlədi
Dünya 20:50 08.02.2025

Livan Prezidenti 24 nazirdən ibarət yeni hökuməti təsdiqlədi

Livan Prezidenti Cozef Aun Baş nazir Nafaff Salamın rəhbərlik etdiyi yeni hökumətin tərkibini təsdiqləyib.

"Report”un xəbərinə görə, bu barədə Prezident Aparatının məlumatında deyilir.

Qeyd olunub ki, yeni hökumətin tərkibinə 24 nazir daxildir.

Məlumata görə, yeni hökumətin əsas vəzifəsi ölkəni iqtisadi böhrandan çıxarmaq və digər məsələlərin həllidir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->