Xəbər lenti

Dünya 23:54 20.03.2024

Liz Trass: "ABŞ Ukraynaya Rusiyaya qarşı istənilən silahdan istifayə icazə verməlidir"

ABŞ ən böyük silah və digər hərbi yardım tədarükçüsü kimi Ukraynaya Rusiya ordusuna qarşı istənilən taktika və silahdan istifadə etməyə icazə verməlidir. 

Qaynarinfo xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass "Kyiv Post" qəzetinə müsahibəsində bildirib.

"Mən istəyirəm ki, Birləşmiş Ştatlar Ukraynaya maksimum dəstək olsun və ona hər cür silahdan və hər cür taktikadan, o cümlədən təyyarələrdən, uzaq mənzilli silahlardan istifadə etməyə icazə versin, deyə Trass bildirib.

O, əlavə edib ki, bu yaxınlarda ABŞ-da olub və burada mühafizəkar siyasətçilərin konfransında iştirak edib. Trass ukraynalıları əmin edib ki, ABŞ-da heç kim Rusiyanı dəstəkləməyəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->